Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyata keçirilən ümumi sığorta ödənişlərinin həcmi 432 milyon 198 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 356 milyon 84 min manat olub. Beləliklə, illik müqayisədə sığorta ödənişlərində 76 milyon 114 min manat və ya 21,37 faiz artım qeydə alınıb.
Hesabat dövründə sığorta ödənişlərinin həcminə görə lider mövqedə olan "Paşa Həyat Sığorta" ASC 263 milyon 583 min manat ödəniş həyata keçirib. Ən aşağı göstərici isə 27 min manatla "İpək Yolu Sığorta" ASC-yə məxsusdur.
Sərvanə Rəmixanova