Amerikalı aktyor və güləşçi Halk Hoqan 71 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TMZ sports” məlumat yayıb.
Halk Hoqanın Florida ştatının Kliruoter şəhərindəki evində ürəktutmadan vəfat etdiyi bildirilir. Qeyd olunur ki, çağırış əsasında onun evinə təcili yardım və polis gəlsə də, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Hoqan may ayında onurğanın boyun hissəsindən əməliyyat olunub. Həmin vaxt həyat yoldaşı güləşçinin komada olması ilə bağlı yayılan şayiələri təkzib edərək onun ürəyinin “güclü” olduğunu açıqlamışdı. Hoqanın özü isə əməliyyatdan sonra sağaldığını bildirmişdi.
Qeyd edək ki, Halk Hogan 1980-ci illərdə professional restlinqin siması olub. Kinoda isə “Rocky 3” filmi ilə debüt edib.
O, 2024-cü ildə Respublikaçılar partiyasına üzv olub və seçkilərdə Trampın dəstəkçisi kimi çıxış edib.