Ajans.az xəbər verir ki, 15 yaşlı Mattia Ahmet Minguzzinin qətlə yetirilməsindən sonra cinayəti törədən şəxsin 18 yaşdan kiçik olması səbəbilə cəza endiriminin tətbiq olunması ictimaiyyətdə böyük etiraza səbəb olub. 1 oktyabrda başlayacaq yeni qanunvericilik ilində Türkiyə Böyük Millət Məclisinin (TBMM) “uşaq endirimi” məsələsini yenidən gündəmə gətirərək, cəzaların yaşa uyğun şəkildə mərhələli tətbiqi ilə bağlı dəyişikliklər etməsi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həm uşaqları cinayətə sürükləyən dəstələrə, həm də ailələrin məsuliyyətinə dair tədbirlər görülməsi barədə tapşırıq verib. ƏRDOĞANDAN UŞAQLAR VƏ AİLƏLƏRLƏ BAĞLI TƏLİMAT Türkiyəni sarsıdan Mattia Ahmet Minguzzi cinayətində qatilin 18 yaşdan aşağı olması səbəbilə cəzada endirim edilməsi planlaşdırılır. Hüquqçulara görə, 24 il həbs cəzası ilə mühakimə edilən qatil "uşaq endirimi" tətbiq olunduğu halda 10-15 il içində şərti azadlığa buraxıla bilər. Həm Minguzzinin ailəsi, həm də ictimaiyyət bu endirimin əleyhinədir. Ədliyyə naziri Yılmaz Tunç bu mövzu ilə bağlı yeni bir hüquqi tənzimləmə üzərində çalışıldığını açıqlayıb. Əldə edilən məlumatlara əsasən, TBMM yeni qanunvericilik dövründə “Yeni Minguzzilər olmasın” deyə, uşaq qatillərinə verilən cəzaların artırılması üçün təşəbbüs göstərəcək. Prezident Ərdoğan da bu çərçivədə həm uşaqları cinayətə sürükləyənlər, həm də ailələrin məsuliyyəti ilə bağlı tədbir görülməsi üçün göstəriş verib.