AZ

“Araz Naxçıvan”: 22 komanda arasında 14 cü

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün daha bir Azərbaycan klubu avrokuboklarda debüt edib.

Apasport.az saytının məlumatına görə, “Araz-Naxçıvan” tarixində ilk dəfə qitəmiqyaslı turnirin iştirakçısı olub.

Naxçıvan klubu Azərbaycanı Avropa arenalarında təmsil edən 22-ci komanda kimi tarixə düşüb. 

Muxtar Respublika təmsilçisi Yunanıstan “Aris”ini sınağa çəkib. Komanda Felipe Santos və Patrik Andradenin qolları ilə avrokuboklarda ilk qələbəsini qazanıb.

“Qırmızı-ağlar”a qədər 21 Azərbaycan klubu UEFA turnirlərində iştirak edib: “Qarabağ”, “Neftçi”, “İnter”, “Qəbələ”, “Bakı”, “Xəzər Lənkəran”, “Sabah”, “Zirə”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.

“Araz-Naxçıvan” qələbə sevinci yaşayan 14-cü komanda olub. AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa” və “Viləş” avrokuboklarda uğur qazana bilməyib.

Superkubok oyunları yeni formatda təşkil ediləcək

Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika

"Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika

"Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu

“Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
1
apasport.az

2Mənbələr