AZ

Yarış zamanı yıxılan gimnastın boynu qırıldı, komaya düşdü

23 yaşlı italyan gimnast Lorentso Boniçelli 2025-ci il Yay Universiadası zamanı yıxılıb və komaya düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Bonicelli halqa məşqi zamanı yıxılıb və boynu qırılıb. Nəşr yazır ki, idmançı huşunu itirib. Təcili olaraq yarış yerinə gələn həkimlər onu klinikaya aparıblar. Orada Lorentso boyun fəqərələrində cərrahiyyə əməliyyatı keçirib və sonra tibbi səbəblə komaya salınıb.

Onun vəziyyətini qiymətləndirmək üçün ən azı 10 gün vaxt lazım olacağı da məlumdur.

“Hələlik xəsarətin ciddiliyi müəyyənləşdirilir. Ona dərhal təşkilatçıların tibbi xidmətləri tərəfindən yardım göstərilib.

Seçilən
15
publika.az

1Mənbələr