“Neftçi” və 30 yaşlı bosniyalı qapıçı Kenan Piriç arasında aparılan danışıqlar müsbət sona çatıb.
İdmanxeber.az-a verilən məlumatagörə, təcrübəli qapıçı artıq komandanın düşərgəsindədir. O, bu gün tibbi yoxlanışdan keçib.
Əgər futbolçunun sağlamlığında bir problem çıxmasa, onunla rəsmi müqavilə bağlanacaq.
Ötən mövsümü Türkiyə Super Liqa klubu “Antalyaspor”da keçirən Priç komandanın heyətində 30 oyunda forma geyinib.