Saratov şəhərinin Blinova küçəsindəki binada güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, TASS-ın məlumatına görə, partlayış binanın 10 mərtəbəsində baş versə də, bütün blok çöküb.
“Panel ev10-cu mərtəbədən 1-ci mərtəbəyə qədər uçub”, - agentliyin mənbəsi bildirib.
Fövqəladə Hallar Xidməti əlavə edib ki, yaşayış binasının girişinin dağıntıları altında insanlar ola bilər. Artıq xilasedicilər hadisə yerində işləyirlər.