Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini (uçot dərəcəsini) 2 faiz bəndi azaldaraq 20%-dən 18%-ə endirib.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın mətbuat relizində qeyd olunub ki, inflyasiya təzyiqi daha sürətlə azalır. Daxili tələbatın artımı yavaşlayır. İqtisadiyyat balanslı artım trayektoriyasına qayıdır.
Bu, ardıcıl ikinci faiz azaldılmasıdır: İyunda faiz dərəcəsi 21%-dən 20%-ə endirilmişdir.
Analitiklərin əksəriyyəti iyulda faizin 2 bənd azaldılaraq 18%-ə endirilməsini gözləyirdilər.
Rusiya Mərkəzi Bankının növbəti iclası 12 sentyabrda planlaşdırılıb.