AZ

Usık Ukraynaya bir milyarddan çox vergi ödəyəcək

Ukraynalı boksçu Oleksandr Usık britaniyalı Daniel Dyubua üzərində qazandığı qələbəyə görə rekord məbləğdə - 132,28 milyon dollar (təx.224,87 milyon manat-red.) qazanıb. Lakin bu məbləğin əhəmiyyətli hissəsi Ukraynada vergiyə cəlb edilir.

Hüquqşünas Roman Simutinin izah etdiyi kimi, Ukrayna vergi rezidentlərindən xaricdə əldə etdikləri gəlirləri bəyan etmələri və ödəmələri tələb olunur:

• 18% fərdi gəlir vergisi – təxminən 23,81 milyon dollar; (40,477 milyon manat)

• 1,5% hərbi vergi – təxminən 6,6 milyon dollar.(11,22 milyon manat)

Vergilərin ümumi məbləği təxminən 1,27 milyard Ukrayna qrivnası (51,7 milyon manat-red.) olacaq. Vəkil “Novyny.LIVE”-a verdiyi şərhdə vergiləri ödədikdən sonra Usıkın təxminən 101,87 milyon dolları (təx.173,179 milyon manat-red.) qalacaq.

Əgər idmançı gəlir əldə etdiyi ölkədə artıq vergi ödəyibsə və ikiqat vergitutmanın aradan qaldırılmasına dair razılaşma varsa, təsdiqedici sənədlər olduqda Ukraynada təkrar ödənişdən qaçınmaq olar.

Almaz Həsənli

Seçilən
76
1
oxumeni.az

2Mənbələr