AZ

Manat güclənir - Kreditlərdə xarici valyutanı geridə qoydu

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbayacanda kredit təşkilatlarının (bankvə qeyri bank) müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği30,2 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyonmanat təşkil edib.

Trend-inMərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kreditqoyuluşlarının 26 milyard manatını milli valyutada kreditlər təşkiledib.

Milli valyutadakı kreditlərin 437,1 milyon manatının ödəmə vaxtıkeçib.

Cəmi kredit qoyuluşlarının 4,2 milyard manatı xarici valyutadaverilmiş kreditlər olub ki, bu kreditlərin də 90,3 milyon manatınınödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, milli valyutada qoyulmuşkreditlər 3,6 milyard manat və ya 16,3% artıb, xarici valyutadaqoyulmuş kreditlər isə 417,3 milyon manat və ya 9% azalıb.

Milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatınıqısamüddətli, 21,7 milyard manatını uzunmüddətli kreditlər, xaricivalyutadakı kreditlərin isə 663,1 milyon manatını qısamüddətli, 3,6milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.

Seçilən
72
2
az.trend.az

3Mənbələr