Rusiyanın Saratov şəhərində yaşayış binasında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış zamanı yaşayış binasının bir hissəsi uçub. Nəticədə 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu barədə məlumatlar var.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.