ABŞ prezidenti Donald Trampın uşaqlara təcavüzdə günahlandırılan amerikalı milyarder və maliyyəçi Ceffri Epsteini təriflədiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Epsteinə məxsus olan “Tramp: Geri qayıtma sənəti” kitabının üzərindəki yazıda deyilir: "Ceff, sən ən böyüksən!"
Bildirilir ki, ifadədə "Donald" imzası və tarixi qeyd olunur ki, bu da yazının 1997-ci ilin oktyabrında çap olunduğunu göstərir.
Nəşr iddia edir ki, ABŞ lideri bununla qalmaqallı maliyyəçiyə heyranlığını ifadə edib.