AZ

İlk "Tesla Diner" restoranı açılıb

Amerikalı miryader İlon Mask (Elon Mask) Los-Ancelesdə "Tesla Diner"in ilk restoranını açıb.

Marja.az xəbər verir ki, restoranın üçmərtəbəli binası 1980-ci illərin retrofuturizm tərzinə uyğunlaşdırılıb. İşə başladığı ilk gündən burada növbələr yaranıb - Tesla pərəstişkarları restoranın açılmasını bir neçə saat gözləyiblər.

Məkanın kinoteatrı var, dayanacaqda elektrik avtomobilləri üçün sürətli şarj stansiyalarından istifadə etmək mümkündür.

Restoranda klassik Amerika yeməkləri — burgerlər, hot-doglar və toyuq qanadları təqdim olunur.

İlk müştərilər artıq yavaş robot ofisiantlardan və yüksək qiymətlərdən şikayətlənirlər — Maskın burger və hot-doglarının qiyməti 9 dollardan 15 dollara qədərdir.

Tesla-Dinerburgerlərhot-doglartoyuq qanadları
Seçilən
55
marja.az

1Mənbələr