Müqavilə ilə "Barselona"ya məxsus olan yarımmüdafiəçi Karles Alenya "Alaves"ə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. Alenya "Barselona"nın bütün yeniyetmə komandalarında oynayıb və kapitan sarğısını daşıyıb. 27 yaşlı futbolçu 2016-cı ildə İspaniya La Liqasında debüt edib. Karles İspaniya çempionatında 26 oyun keçirib və 2 qol vurub. Bununla belə, heç vaxt müntəzəm start oyunçusu olmağı bacarmayıb.
Ötən mövsüm o, “Xetafe” və “Alaves”də icarə əsasında çıxış edib, 25 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.