AZ

“AtaSığorta” ASC-nin yarımillik göstəriciləri zəif qalıb

Bu ilin yanvar-iyun ayları da “AtaSığorta” ASC üçün uğurlu olmayıb.

Valyuta.az xəbər verir ki, şirkət bu ilin ilk 6 ayında cəmi 4 milyon 833 min manat sığorta haqqı toplaya bilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 340 min manat və ya 6,5% azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında yığımlar 5 milyon 173 min manat təşkil etmişdi.

Hesabat dövründə isə “AtaSığorta” ASC-nin sığorta ödənişlərində artım qeydə alınıb. Belə ki, şirkət bu ilin yanvar-iyun aylarında 2 milyon 599 min manat sığorta ödənişi həyata keçirib. 

Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 929 min manat idi. Beləliklə, ödənişlər 670 min manat və ya 34,73% artıb.

Nəticəyə əsasən demək olar ki, “AtaSığorta” ASC-nin sığorta haqqı azalıb, bunun əksi olaraq, sığorta ödənişləri isə artıb. Yığımların azalması fonunda ödənişlərdə artımın olması sığorta şirkətinin zərərliliyinə mənfi təsir göstərib. 

Belə ki, “AtaSığorta” bu il topladığı hər 100 manatdan 53,77 manatını sığorta ödənişinə yönəldib. Halbuki, ötən ilin ilk yarısında bu göstərici 37,28 manat idi.

Sərvanə Rəmixanova

Seçilən
72
valyuta.az

1Mənbələr