AZ

Məktəbin damı uçdu - Ölən və yaralananlar var

Hindistanın Racastan ştatında məktəb binasının damının uçması nəticəsində 4 uşaq ölüb, 17-si isə yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məktəbin damı güclü yağışların təsiri ilə uçub.

Təhsil naziri Madan Dilavar bildirib ki, hadisə baş verərkən məktəbdə 25-30 uşaq olub.

Hadisə nəticəsində 4 uşaq ölüb, 17-si isə müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə işləri hələ davam edir. Yağışların damın çöküşünə səbəb olduğu qeyd edilib.


Seçilən
51
manset.az

1Mənbələr