Çernoqoriya tərəfinə Ermənistan və Aİ münasibətlərində əldə olunan nailiyyətlər, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində görülən işlər və Aİ qanunvericiliyi ilə uyğunlaşdırma sahəsində atılan addımlar təqdim olunub. Eyni zamanda Ermənistan-Aİ yeni tərəfdaşlıq gündəliyi və ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamağı nəzərdə tutan qanun layihəsi də təqdim edilib.
Görüşlər zamanı Çernoqoriyanın viza rejiminin liberallaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar və bu sahədə təcrübəsi də müzakirə olunub. Ermənistan nümayəndə heyəti həmçinin Çernoqoriyanın xarici və Avropa işləri üzrə baş nazir müavini Filip Ivanoviç, xarici işlər naziri və baş nazirin müavini Ervin İbrahimoviç və Avropa məsələləri naziri Mayda Qorçeviç ilə də görüşlər keçirib.
Çernoqoriyanın Aİ-yə üzvlük danışıqları sahəsindəki təcrübəsi nəzərə alınaraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.