AZ

“Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihənin icrası davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Sərəncamından irəli gələn həmçinin ölkə rəhbəri tərəfindən bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi barədə qeyd etdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə “Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihədə işləri davam etdirir.


Turkustan.az xəbər verir ki, Birliyin layihənin icrasında əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası, yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kontekstində konkret desək Laçın və Şuşa rayonlarında yaşayış məntəqələrində yaşayış evlərinin və ictimai-inzibati binaların üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərliliyinin hesablanması üzrə arayış və maarifləndirmə tədbirlər çərçivəsində təbliğat aparmaqdır.


Maarifləndirmə tədbirləri çərçivəsində 14 iyul tarixində Şuşa şəhərində “Ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı təlim keçirilmişdir. Təlimə müvafiq şəhər sakinləri cəlb edilmişdir.


Keçirilən təlimlərdə Birliyin sədri eyni zamanda layihə rəhbəri, Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyindən, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonuda Xüsusi Nümayəndəliyindən, Şuşa şəhər Dövlət Qoruq İdarəsindən nümayəndələr və şəhər sakinləri iştirak etmişdir.


Ümumilikdə 20-dən çox insanın cəlb edildiyi təlimlərdə əhalinin maarifləndirilməsi işləri “Helind MMC-nin direktoru Orxan Quluzadə tərəfindən həyata keçirilmişdir.

Seçilən
46
turkustan.az

1Mənbələr