AZ

Ceyranbatanda sexdə 250 karton qutu yanıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəAbşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın başverməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədardərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlbolunub.

Bildirilib ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıyanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutularınyığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksəkolduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutularınyığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədənsexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədədkarton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədədkondisioner yanıb.

Sexlər yanğından mühafizə olunub.

Məqalədə:
Seçilən
56
26
az.trend.az

10Mənbələr