AZ

Dövlət Neft Fondu ilin sonundək büdcəyə transferti tam icra edəcək

BAKI, 25 iyul. TELEQRAF

"Neftin düyna bazar qiymətindən asılı olmayaraq, Neft Fondundan büdcəyə transfert öhdəlikdir".

Teleqraf xəbər verir ki,bu barədə ARDNF-in İcraçı direktorunun müavini Bəhruz Bəhramov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edib ki, planın icrası bəzi illərdə daha çox, bəzi illərdə isə daha az ola bilər.

“Əsas məsələ odur ki, ilin sonunda bu öhdəlik mütləq yerinə yetirilməlidir”.

Qeyd edək ki, 2025-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub. 2025-ci ilin ilk altı ayında ARDNF-in büdcəsinin icrası çərçivəsində 7 milyard 240 milyon manat vəsait büdcəyə köçürülüb. Bunun 3,7 milyard dollar ekvivalenti valyuta hərracları vasitəsilə rellaşdırıb. Bu planın 44%-i deməkdir.

Seçilən
80
teleqraf.com

1Mənbələr