AZ

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 18%-ə endirib

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini (uçot dərəcəsini) 2 faiz bəndi azaldaraq 20%-dən 18%-ə endirib. 

FED.az xəbər verir ki, Mərkəzi Bankın mətbuat relizində qeyd olunub ki, inflyasiya təzyiqi daha sürətlə azalır. Daxili tələbatın artımı yavaşlayır. İqtisadiyyat balanslı artım trayektoriyasına qayıdır.

Bu, ardıcıl ikinci faiz azaldılmasıdır: İyunda faiz dərəcəsi 21%-dən 20%-ə endirilmişdir.

Analitiklərin əksəriyyəti iyulda faizin 2 bənd azaldılaraq 18%-ə endirilməsini gözləyirdilər.

Rusiya Mərkəzi Bankının növbəti iclası 12 sentyabrda planlaşdırılıb.

Rusiya Mərkəzi Bankı orta faiz dərəcəsi və inflyasiya göstəricilərini ortamüddətli proqnozda əhəmiyyətli dərəcədə aşağı salıb. 

Mərkəzi Bank 2025-ci il üçün əsas orta faiz dərəcəsi proqnozunu 19,5-21,5%-dən 18,8-19,6%-yə dəyişib, bu isə ilin sonuna qədər faiz dərəcəsinin 16,3-18% diapazonunda olacağını göstərir.

2025-ci il üçün inflyasiya proqnozu 7-8%-dən 6-7%-ə yaxşılaşdırılıb.

Rusiya Bankı neftin vergiyə cəlb olunması üçün qiymət proqnozunu 1 barel üçün 60 dollardan 55 dollara endirib. (Marja)

Seçilən
74
fed.az

1Mənbələr