“Mançester Siti” yetirməsi olan qapıçı Ceyms Traffordun transferini yekunlaşdırmaq üzrədir.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, “şəhərlilər” 22 yaşlı qolkiperin transfer hüquqlarını “Bernli” klubundan geri alıblar.
Xatırladaq ki, Trafford 2023-cü ilin yayında “Bernli”yə 14 milyon funt sterlinqə satılmışdı. İndi isə “Siti” onu təkrar transfer etmək üçün 27 milyon funt (təxminən 31 milyon avro) ödəyəcək.
Gənc qapıçı ilə 5 illik müqavilə imzalanacaq və razılaşmaya daha bir il uzatma opsiyası da daxil ediləcək. Müqavilədən öncə futbolçunun tibbi müayinədən keçməsi tələb olunur – əsas mərhələnin bazar ertəsi keçirilməsi planlaşdırılır.
Bu transferlə “Mançester Siti” gənc və perspektivli qapıçı heyətinə qaytarmaqla gələcək üçün strateji addım atmış olur.