AZ

Neftçi” Alfa Konte ilə yollarını ayırdı

Bakı, 25 iyul, AZƏRTAC

“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, Syerra Leonedən olan yarımmüdafiəçi Alfa Konte ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunan Konte “Neftçi”nin heyətində 25 rəsmi oyunda meydana çıxıb.

Seçilən
117
azertag.az

1Mənbələr