AZ

Reuters: Hindistan şirkəti Rusiyaya silah istehsalında istifadə olunan partlayıcı maddə satıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters agentliyi öz araşdırmasına istinadən bildirir ki, 2023-cü ilin dekabrında Hindistana məxsus şirkət Rusiyaya hərbi məqsədlərlə istifadə olunan oktogen adlı partlayıcı maddə satıb.

Məlumata görə, alıcılardan biri Rusiya ordusu ilə əlaqəli olduğu deyilən "Promsintez" şirkətidir. Ukrayna xüsusi xidmət orqanları bu firmanın Rusiya Silahlı Qüvvələri ilə birbaşa bağlantısını iddia edir. Aprel ayında şirkətə məxsus zavodlardan biri Ukrayna dronlarının hücumuna məruz qalmışdı.

Araşdırmada qeyd olunur ki, Hindistanın Ideal Detonators Private Limited şirkəti oktoqen maddəsini iki partiyada Sankt-Peterburqa göndərib. Dəyəri 405,2 min dollar olan ilk partiyanı High Technology Initiation Systems (HTIS), bir milyondan çox dəyəri olan ikinci partiyanı isə Promsintez alıb. Hər iki şirkət Samara şəhərində yerləşir.

ABŞ hökuməti oktogeni "Rusiya hərbi maşını üçün həyati əhəmiyyətli" material kimi dəyərləndirir və bu maddənin satışında iştirak edən maliyyə institutlarını sanksiyalarla hədələyir.

Pentaqonun məlumatına görə, oktogen raket və torpedo başlıqlarının, raket mühərriklərinin və digər partlayıcı hərbi sistemlərin istehsalında istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
58
olaylar.az

1Mənbələr