AZ

Alfa Konte “Neftçi”yə lazım olmadı

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Neftçi” legioneri Alfa Konte ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

“Neftçi” Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Alfa Konte “Neftçi”yə 2024-cü ilin yanvarında Plovdiv “Lokomotiv”indən gəlmişdi. Paytaxt təmsilçisi onu Bolqarıstan klubundan 150 min avroya almışdı. Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib. O, bu görüşlərdə cəmi 2 assistlə yadda qalıb.

“Neftçi” bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və İsmayıl Zülfüqarlı ilə də yollarını ayırmışdı. Klub yalnız Emil Balayevlə yeni müqavilə bağlayıb. Gedənlərin əvəzində “ağ-qaralar” Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala və Kristian Kostinlə gücləniblər.

Seçilən
101
arena.az

1Mənbələr