AZ

Tailand bu təklifi RƏDD ETDİ: Kamboca ilə döyüşlər davam edəcək? KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Tailand Kamboca ilə münaqişədə beynəlxalq vasitəçiliyi rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tailand üçüncü tərəfin Kamboca ilə hərbi əməliyyatların dayandırılmasına vasitəçilik etmək təkliflərinə rədd cavabı verib. Münaqişənin yalnız ikitərəfli danışıqlar yolu ilə həllində israr edir.

İki Cənub-Şərqi Asiya ölkəsi arasında son on ildə baş verən ən şiddətli toqquşmalarda əksəriyyəti tailandlı mülki şəxslər olmaqla ən azı 16 nəfər həlak olub. ABŞ, Çin və Malayziya vasitəçilik təşəbbüsləri irəli sürüb.

Müşviq Tofiqoğlu

KONKREt.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
111
1
konkret.az

2Mənbələr