AZ

Ötən ay mikro sahibkarlar 12 milyon manat kredit götürüb

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 3,202 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, mayayının sonu ilə müqayisədə 12,4 milyon manat və ya 0,4% çoxdur.

Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,190 milyardmanat idi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının bizneskredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyətgöstərən mikrosahibkarlıq subyektlərinin sayı 184,4 min ədəddir.Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,4 faizinimikro sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35%), “Digər sahələrdəxidmətlərin göstərilməsi” (11,3%), “Tikinti” (9,2%), “Peşə, elmi vətexniki fəaliyyət” (7,8%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq” (6,5%) sahələrində yaradılıb.

Seçilən
63
az.trend.az

1Mənbələr