İngiltərənin "Arsenal" klubu isveçli hücumçu Viktor Qyökeresin transferi ilə bağlı Portuqaliyanın "Sportinq" klubu ilə bütün detalları razılaşdırıb.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün 63,5 milyon avro ödəyəcək. Əlavə olaraq, Lissabon klubu bonuslar şəklində daha 10 milyon avro gəlir əldə edə bilər. Artıq "Sportinq" rəhbərliyi oyunçunun tibbi müayinədən keçməsi üçün icazə verib.
Qyökeresin "Arsenal"a keçidi üçün tibbi müayinəsinin 26 iyulda baş tutacağı gözlənilir.
Qeyd edək ki, Viktor Qyökeres ötən mövsüm "Sporting"in heyətində bütün turnirlər daxil olmaqla 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.