AZ

Klinton Baydendən narahatdır — ABŞ

Ajans.az xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, sabiq prezident Co Baydenin vəzifədə olduğu zaman onun siyasi cəhətdən dayanıqlı olmadığı barədə narahatlıqlarını bildirib. Bu barədə Ağ Ev aparatının sabiq rəhbəri Ron Kleyn məlumat verib, xəbəri Fox News yayıb.

Kanalın məlumatına görə, Kleyn Nümayəndələr Palatasının istintaqçılarına Klinton və Baydenin sabiq milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın “Co Bayden siyasi baxımdan dayanıqsızdır” dediklərini çatdırıb. Bildirilir ki, Klinton və Sallivan bu narahatlıqları 2024-cü ilin iyulunda Baydenin prezidentlikdən namizədliyini geri çəkilməsindən bir neçə ay əvvəl ifadə ediblər. Kleyn isə Baydeni “prezident olmaq üçün kifayət qədər ağıllı və namizədliyə müraciət etmək üçün çox yaşlı olmayan” biri kimi qiymətləndirib. Ağ Ev aparatının sabiq rəhbərinin Nümayəndələr Palatasının istintaqçıları ilə söhbəti beş saatdan çox davam edib.

İyulun əvvəlində Kleynin Baydenin kognitiv sağlamlığı ilə bağlı istintaqa ifadə vermək niyyətində olduğu məlum olub.

Seçilən
76
Ajans.az

1Mənbələr