AZ

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov İsmayıllı rayon Heydər ƏliyevMərkəzində vətəndaşları qəbul edib.

Trend xəbərverir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaztəchizatı, şəbəkəyə qoşulma, sayğaclaşdırma, gərginlik xətlərininistismar vəziyyəti, elektrik verilişi xətlərinin mühafizə zonası,transformatorların yenilənməsi, qazlaşdırma, qaz təchizatı üzrəyaranmış borc və cərimələr, məşğulluq imkanları ilə bağlı dəstək,habelə sosial və inzibati xarakterli digər məsələlərə dairmüraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğunşəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiqtapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı iləkeçirilmiş qəbulda İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qax vəMingəçevirdən olan 23 vətəndaş iştirak edib.

Energetika
Energetika
Seçilən
75
8
az.trend.az

10Mənbələr