AZ

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı keçirilib

25 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı keçirilib. Konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Musa Mirzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak edib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq olunduqdan sonra mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanılıb və Mehman İsmayılovun çıxışı ilə davam etdirilib.

Sonra Həmkarlar İttifaqının Təftiş komissiyasının hesabatı dinlənilib. Konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif ediblər.

Konfransın Mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılıb. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülən Mehman İsmayılov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib.

Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxış edərək, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının rəhbər orqanlarına seçilən bütün əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayırıb. Tapdıq Əmiraslanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yarandığı gündən etibarən onlara göstərilən etimadı döğrultmağa çalışdığını, öz fəaliyyətini daim Nazirliklə qarşılıqlı əməkdaşlıq əsasında qurduğunu deyib. Nazir müavini təşkilatın Nazirlik işçilərinin sağlamlığı, ailə üzvləri ilə birlikdə istirahətinin, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların verilməsinin təşkili ilə yanaşı, şəhid ailələrinə, müharibə veteranları və qazilərə diqqət və qayğı göstərilməsində yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Musa Mirzəyev FHN işçilərinin Həmkarlar Ittifaqının yola salınan illər ərzində fəaliyyətinə nəzər salıb, görülən işləri yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

Daha sonra konfrans cari məslələrlə bağlı işini davam etdirib.

Seçilən
62
5
operativmedia.az

6Mənbələr