Hindistanın Racastan əyalətində yerləşən bir məktəbin damının çökməsi nəticəsində 7 şagirdin həyatını itirdiyi, 28 nəfərin isə yaralandığı bildirilib.
"Cebheinfo.az" "The Hindu" qəzetinə istinadən xəbər verir ki, Racastandakı məktəbin damının bir hissəsi uçub.
Bu uçqun nəticəsində 7 şagird dağıntılar altında qalaraq həyatını itirib, 28 nəfər isə yaralanıb.
Valideynlər və müəllimlərdən ibarət onlarca insan, dağıntılar altında qalan uşaqları xilas etmək üçün çalışmalara qatılıb.
Yerli sakinlər məktəb binasının vəziyyətini səlahiyyətli şəxslərə bildirdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirərək idarəetməni səhlənkarlıqda günahlandırıblar.