Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üzrə maliyyə nəticələrinin auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 23 manatdır.
İddiaçılar təkliflərini avqustun 5-nə STM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 5-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2 399 min manat ödənilib.