AZ

İsraildən Makrona hədə: Ümid edirik ki, Paris küçələrində təhlükəsizliyi təmin edə bilər

İsrailin xarici işlər naziri Gideon Saar Fransa prezidenti Emmanuel Makronun ölkəsinin Fələstin dövlətini tanıyacağı və qərarın sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmən elan ediləcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Publika.az xəbər verir ki, sosial şəbəkədə Makrona "hədə" yazıb. "Fransa prezidentinin ölkəmizdə qondarma xəyali nizam qurmaq iddiası gülüncdür. Onun açıqlaması bir neçə həftə əvvəl şəxsən ortaya qoyduğu bütün şərtlərin aradan qaldırıldığını göstərir. Geriyə onun qurmağı ümid etdiyi xəyali dövlət qalır.

Fələstin dövləti 20 il əvvəl Qəzza zolağından çəkilmənin HƏMAS-ın nəzarətinə keçdiyi kimi, HƏMAS dövləti olacaq. Prezident Makron İsrailin təhlükəsizliyini təmin edə bilməz. Ümid edirəm ki, o, Paris küçələrində bunu bacarar”, - Saar yazıb.

Seçilən
50
publika.az

1Mənbələr