“Yüksəliş” müsabiqəsinin keçirildiyi dövrlərlə müqayisədə bu il ən az qalibin qeydə alındığı müsabiqə olub.
“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin mükafatlandırma mərasimində deyib.
O bildirib ki, müsabiqədə 20 nəfər qalib gəlib:
“Onlardan 19-u kişi, biri qadındır. Müsabiqədə keçid balı 12-dir. İştirakçılar arasından 27 nəfər 11 bal toplayıb. Bu isə müsabiqənin rəqabətli keçdiyinin göstəricisidir”.