AZ

Bu şirkət 236 min manat müqabilində dövlət qurumuna məsləhət xidməti göstərəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tikinti-Təchizat Birliyi” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Naxçıvanda dövlət qurumu avtomobillər alır - ŞƏRTLƏR

FED.az xəbər verir ki, tender dövlət investisiyalarının elektron şəkildə idarə olunmasına nəzarət məqsədilə məsləhət xidmətlərinin satınalması məqsədilə həyata keçirilib. Müsabiqənin qalibi “Prosys” MMC (VÖEN: 1401760171) olub.

Qalib şirkətə 236 000 manat ödəniləcək.

Qeyd edək ki, “Prosys” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 30 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xanputa İbadullayev İsmayıl oğludur. Hüquqi ünvanı AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu, ev 133 ünvanında yerləşir.

Seçilən
93
fed.az

1Mənbələr