AZ

Dövlət Radiotezliklər İdarəsi sığortaçı seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 187 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 67 320 manat ödəniləcək.

DRİ 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16,02 milyon manatdır. İdarə ölkədə mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirir.

Seçilən
43
report.az

1Mənbələr