Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Xalq Sığorta" ASC-dir.
Qalib şirkətə 15 989 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 16 970 manat ödənilib.