"Beşinci ilin qalibləri, hər birimizi təbrik edirəm. 16 min adam arasından seçilmisiniz".
Teleqraf xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev "Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.
Rektor bildirib ki, müsabiqədə qalib olduqca çətin prosesdir:
"Bilmirəm özünüzü necə hiss edirsiniz, mən olsaydım papağımı göyə atardım. 16 min iştirakçı arasından 20 nəfər qalib gəlib. Olduqca çətin prosesdir. Bir neçə mərhələ imtahandan keçmisiniz. Özü də Məleykə xanımın (Dövlət İmtahan Mərkəzinin sədri - red) imtahandan keçmək asan deyil. ADA Universitetinin bir bakalavr, bir magistr tələbəsi qalib olub. Qalib olanlardan biri isə müəllimdir. Qaliblərə 20 min manat verirlər. Bu pulu öz inkişafınız üçün xərcləyin, maşın almayın".
Rektor qaliblər arasında bir qadının olmasına da münasibət bildirib.
"İndiki dövrdə qızların qayğısına qalın. Bəzən ailədə, işdə onları incidirlər".
Rektor qaliblərə verilən mükafatın artırılmasını da təklif edib.