AZ

40 milyon illik Baltik kəhrəbası geyim kolleksiyasında...

Kalininqrad Kəhrəba Kombinatı 40 milyon illik kəhrəba ilə bəzədilmiş milli geyim kolleksiyası təqdim edəcək.

Kulis.az xəbər verir ki, kolleksiyaya kəhrəba ilə bəzədilmiş 60 rus milli geyim obrazı – keçə çəkmələr, əlcəklər və digər ənənəvi rus geyimləri daxildir.

Geyimlərdə 40 milyon illik Baltik kəhrəbasından dekorativ element kimi istifadə olunub. Hər bir kəhrəba detalı xüsusi texnologiya ilə – avtoklav emalı və dəqiq deşmə prosesi ilə hazırlanıb.

Bu, kombinatın yun və kəhrəbanı ilk dəfə birləşdirdiyi layihədir.

Kolleksiya 1 avqustda Moskvada keçiriləcək AmberForum’25 beynəlxalq kəhrəba forumunda təqdim olunacaq.

Qeyd edək ki, forum 31 iyul–3 avqust tarixlərində VDNX sərgi kompleksində baş tutacaq və 40-dan çox istehsalçını bir araya gətirəcək.

Seçilən
73
1
kulis.az

2Mənbələr