AZ

İordaniya və BƏƏ Qəzzaya paraşutla humanitar yardım göndərəcək

Bakı. Trend:

İsrail yaxın zamanda İordaniya və Birləşmiş Ərəb ƏmirliklərininQəzzaya hava ilə humanitar yardımı bərpa etməsinə icazəverəcək.

Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailinƏrazilərdə Hökumət Fəaliyyəti Əlaqələndiricisi (COGAT) məlumatyayıb.

Məlumata görə, humanitar “airdroplar”, yəni təyyarələrdənparaşutla atılacaq humanita yardım göndərişləri İsrail MüdafiəQüvvələri (IDF) tərəfindən əlaqələndiriləcək.

İordaniyanın artıq bu gündən etibarən hava ilə humanitaryardımları bərpa edəcəyi istisna edilmir.

Qeyd edək ki, ötən il ABŞ ordusu İordaniya, Misir və Fransa iləəlaqələndirilmiş şəkildə Qəzzaya “airdrop” üsulu ilə on minlərləərzaq bağlaması göndərib.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr