Nazirliyin bildirdiyinə görə, Tayland ordusu bu ərazilərə nəzarəti ələ keçirmək məqsədilə hücuma keçib, lakin Kamboca hərbçiləri dərhal cavab tədbirləri görərək hücumu dəf ediblər. "Kamboca Silahlı Qüvvələri hücumlara qətiyyətlə cavab verərək müdafiə mövqelərini qoruyub saxladı", - deyə açıqlamada qeyd olunub.
Eyni zamanda "Khmer Times" qəzeti xəbər verir ki, Preexvihéar vilayətində sərhədin digər hissələrində də artilleriya döyüşləri müşahidə olunub.
İki ölkə arasında münasibətlər 28 mayda baş verən hadisədən sonra kəskin şəkildə pisləşib. Həmin gün Tayland hərbçilərinin Kambocanın Preexvihéar vilayətində, mübahisəli ərazi sayılan Teco Morokot kəndindəki hərbi posta atəş açması nəticəsində bir kambocalı əsgər həlak olmuş, bir neçəsi isə yaralanmışdı.
Son olaraq, 24 iyul tarixində sərhədin Mambei bölgəsində, eləcə də Tarakbey, Tamoantaus və Tamoantxom məbədləri ətrafında yenidən silahlı qarşıdurmalar qeydə alınıb. Bu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün Kamboca 2025-ci ilin iyun ayının əvvəlində məsələni BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıb. Tayland isə bu addımı tanımadığını açıqlayaraq birtərəfli qaydada bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Buna cavab olaraq Kamboca da analoji addım atıb.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31