Rusiyanın neft məhsullarının daşınması şirkəti Railgo-da axtarışlar aparılır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, Rusiya xüsusi təyinatlıları və müstəntiqləri bu gün səhər saatlarında paytaxtın Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə edib, işçilərin işdən çıxmasına imkan verməyiblər.
"Railgo" azərbaycanlı Rəhman Xəlilova məxsusdur. O, azərbaycanlı əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.