Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi üzrə işləri davam etdirir.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə Gəncə Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, rayon icra hakimiyyətinin, ərazi dairəsi üzrə, kommunal sahələr üzrə nümayəndələri və FHN-nin yerli qurumların əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Agentliyin rəis müavini Xəzər Əmiraslanov açaraq Agentliyin qarşıda duran məsələləri, Regional Mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və bu tədbirin son illər sıx qarşılanılan sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranışa aid olduğunu bildirib.
Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, sahibsiz radioaktiv mənbələrin aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.
Tədbir zamanı Agentliyin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Nüvə və radiasiya qəzaları şəraitində idarəetmə sektorunun müdiri Baba Babayev və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Kamilə Əjdərli aidiyyəti mövzularda təqdimatlarla çıxış ediblər.
Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.