AZ

Sahibkarlara verilən güzəştli kreditin məbləği məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Biznesininİnkişafı Fondu tərəfindən 2371 layihəyə ümumilikdə 126,4 milyonmanat məbləğində güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına1800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Bu barədə Trend Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbərverir.

Məlumata götə, bu ilin ilk 6 ayında güzəştli kreditlərdənyararlanmış sahibkarlıq subyektlərinin 94,1%-i regionlardafəaliyyət göstərir. Verilmiş ümumi güzəştli kredit məbləğinin 70%-ihəmin sahibkarların payına düşüb.

Bildirilib ki, bu dövr ərzində Fondun güzəştli kredit mexanizmiiqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlarıəhatə edib: "Yanvar-iyun ayları ərzində verilmiş ümumi güzəştlikredit məbləğinin 48,1%-i sənaye (o cümlədən, kənd təsərrüfatıməhsullarının emalı), 44,3%-i kənd təsərrüfatı, 5,3%-i xidmət,2,3%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkarlarınlayihələrinə yönləndirilib".

Qeyd edilib ki, fondun güzəştli kreditlərindən yararlanmışsahibkarların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıqsubyektləridir. Vurğulanıb ki, bu ilin birinci yarısında verilmişgüzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kredit məbləği üzrəisə 90,4%-i mikro, kiçik və orta sahibkarlara aiddir.

"Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləriarasında qadın və gənc sahibkarlara məxsus layihələr xüsusi yertutur. Həmin dövr ərzində qadın sahibkarların 226 layihəsi 8,4milyon manat güzəştli kreditlə təmin edilib. Gənc sahibkarların 63layihəsinə isə 3,7 milyon manat güzəştli kredit verilib", - deyəməlumatda qeyd edilib.

Seçilən
87
4
az.trend.az

6Mənbələr