AZ

Premyer Liqa klubu Runi Eva ilə danışıq aparır – ÖZƏL

Premyer Liqada çıxış edəcək “Karvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Runi Eva ilə danışıq aparır. “Karvan” rəhbərliyi oyunçunu heyətinə qatmaqda israrlıdır.

Ancaq hələlik yekun razılıq əldə olunmayıb.

Kamerunlu hücumçu ötən mövsümü İranın “Mes Kerman” klubunda keçirib. O, hazırda azad agentdir. 

Təcrübəli oyunçu 2023-2024-cü illərdə “Turan Tovuz”da çıxış edib. 28 yaşlı forvard ötən mövsüm İran klubunda 10 oyunda meydana çıxıb və qol vurmayıb.

Həsən Quluzadə

Seçilən
56
idmanxeber.az

1Mənbələr