AZ

Zelenski Avropaya müraciət edəcək | VİDEO

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, jurnalsitlərlə görüşündə Ukrayna lideri bunun davam edən müharibə şəraitində daha çox könüllü cəlb etmək və ölkənin müdafiə qabiliyyətini qorumaq üçün lazım olduğunu deyib.

“Əvvəllər avropalılar bizim hərbçilərin maaşlarını maliyyələşdirməkdən imtina edirdilər, yalnız silahlar verirdilər. Amma bizim ordumuz özlüyündə hamını qoruyan silahdır”,- Volodimir Zelenski vurğulayıb.

Cəmiyyətin uzun sürən müharibədən yorulması fonunda Ukraynada səfərbərlik kampaniyası dəstəyini itirir. Muzdluların yüksək maaşla motivasiya olunduğu Rusiyadan fərqli olaraq, Ukrayna könüllülərə artan pul müavinətləri təklif edir. Lakin bu, kəsiri ÜDM-in 20%-ni ötən büdcə ükün böyük yükdur.

Ukrayna lideri artıq Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rütte, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ nümayəndələri ilə bu təşəbbüsü müzakirə etməyə başlayıb.

- Söhbət yalnız Ukraynanı dəstəkləməkdən yox, bütün Avropanın təhlükəsizliyinə sərmayə qoymaqdan gedir”,- Zelenski deyib.

Zelenski: “Ukraynaya 65 milyard dollar lazımdır”| VİDEO
Ukrayna, həmçinin öz müdafiə istehsalını da fəal şəkildə inkişaf etdirir. Jurnalistlərlə görüşdə o, PUA-ların, raketlərin və elektron mübarizəsi sistemlərinin istehsalı üçün hər il 25 milyard dollar, istehsal gücünün genişləndirilməsi üçün isə hazırda 6 milyard dollar lazım olduğunu diqqətə çatdırıb.

ABŞ artıq Ukrayna PUA-larını almağa razılıq verib, lakin Zelenski daha böyük müqaviləyə ümid edir - 10-30 milyard dollarlıq. Bu məsələ ilə bağlı Müdafiə naziri Denis Şmıqal, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və prezidentin müşaviri Oleksandr Kamışin danışıqlar aparır.

2025-ci ildə Ukrayna Silahlı qüvvələrinin hərbçilərinin maaşına əsas, əlavə və birdəfəlik ödənişlər daxildir. Minimum məbləğ 20130 qrivnadır (təxminən 481 ABŞ dolları). Pilotsuz Sistemlər qüvvələrinin işə qəbulu üzrə mütəxəssis Petro Konoplyanın sözlərinə görə, arxa cəbhədə olan hərbçilər üçün ödənişlərə yenidən baxılmalıdır, çünki onlar çox vaxt mülki sektorda mühafizəçilərdən az maaş alırlar.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
46
1
azvision.az

2Mənbələr