AZ

Dünyaca məşhur şirkət mindən çox işçisini ixtisar edəcək

Alman şirkəti “Bosch” satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq avtomobil hissələri fabrikində islahatlara start verəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, satışların azalması səbəbindən 2029-cu ilə qədər 1100 işçi ixtisar olunacaq.

Məlumata görə, “Bosch” zavodu əsasən yarımkeçiricilər istehsalına yönəldəcək.

"İxtisar bizim üçün asan deyil, lakin satışların gələcəyini təmin etmək üçün təcili olaraq lazımdır", - deyə şirkətin yarımkeçirici əməliyyatlar üzrə vitse-prezidenti məsələ ilə bağlı açıqlamasında bildirib.

Seçilən
107
publika.az

1Mənbələr