Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad
rayon təşkilatının sədri Məleykə Ağayeva oğlunun üstündə narkotik aşkarlanmasına dair xəbərlərin yayılması ilə bağlı məlumatı yalan adlandırıb və məsələ ilə əlaqədar Daxili işlər Nazirliyinə müraciət edəcəyini bildirib.
Bu barədə Anews.az-a Məleykə Ağayeva özü məlumat verib.
Onun sözlərinə görə, hazırda oğlu azadlıqdadır və bu informasiyalar Bələdiyyə seçkilərində
iştirakı ilə əlaqədar onu qaralamaq məqsədi ilə yayılır.
"Mən illərdir dövlətə xidmət edirəm, bizim belə şeylərlə əlaqəmiz ola bilməz. Düşünürəm ki, bunu mən Bələdiyyə seçkilərinə namizədlik
verirəm deyə, seçkilərdəki
rəqiblərim yaydırırlar. Mən bu işin axırına gedəcəm, polisə müraciət edəcəm ki, araşdırsınlar görək bunu
kim yayır?!”, -
deyə Yeni Azərbaycan Partiyasının (YAP)
Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib.
Həzi
www.anews.az