AZ

MİQ imtahanında Naxçıvan birincisi: Müəllim peşəsini çox sevirəm

Naxçıvan, 25 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin həm bakalavr, həm də magistr tələbəsi olmuşam. Eyni zamanda, hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “NSU İnternational School”da rəsm müəllimi işləyirəm. Bu il müəllimlərin işə qəbulu (MİQ) imtahanının test mərhələsində iştirak etdim və uğur qazandım. Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticə - 94 bal topladım.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində müəllimlərin işə qəbul imtahanının test mərhələsində muxtar respublika üzrə birinci olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin rəsm müəllimi Türkan Əhmədli deyib. O qeyd edib ki, imtahan mərhələsi onun üçün həm həyəcanlı, həm də uğurlu keçib: "İmtahana qısa müddətdə hazırlaşmışdım. İndi isə müsahibə mərhələsinə eyni əzmlə çalışıram. Müəllim peşəsini çox sevirəm. Məqsədim budur ki, gələcəkdə şagirdlərin uğurlu, cəmiyyətə daha yararlı bir şəxsiyyət kimi formalaşmasında rolum olsun. İmtahan mərhələsini uğurla başa vurduğum üçün çox sevinirəm və düşünürəm ki, müsahibə mərhələsində də eyni uğuru qazanacağam”.

 

Seçilən
47
1
azertag.az

2Mənbələr